Kompensasiya ödənişi almaq üçün aşağıdakı sənədlər İcbari Sığorta Bürosuna təqdim olunur:
-zərərçəkən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
-yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti;
-yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
-yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəbli əlaqədə olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini -təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri;
-yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldüyü halda, onun ailə üzvlərinin kompensasiya ödənişinin alınmasına dair notariat qaydasında təsdiq edilmiş birgə ərizəsi.
-sağlamlığa vurulan zərərlə əlaqədar zərərvuran tərəfindən zərərçəkənə hər hansı ödəmə həyata keçirildikdə bu ödəməni təsdiq edən sənəd;