Çox verilən suallar

Sığorta məsləhətləri

Kompensasiya ödənişi almaq üçün aşağıdakı sənədlər İcbari Sığorta Bürosuna təqdim olunur: -zərərçəkən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; -yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən Tibbi Sosial Ekspert Komissiyasının arayışının surəti; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəbli əlaqədə olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini -təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; -yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldüyü halda, onun ailə üzvlərinin kompensasiya ödənişinin alınmasına dair notariat qaydasında təsdiq edilmiş birgə ərizəsi. -sağlamlığa vurulan zərərlə əlaqədar zərərvuran tərəfindən zərərçəkənə hər hansı ödəmə həyata keçirildikdə bu ödəməni təsdiq edən sənəd;

Hadisə ilə əlaqədar sənədlərdən sonuncusunun İcbari Sığorta Bürosuna təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq Büro kompensasiya ödənişini verir, yaxud müraciət edən şəxsə kompensasiya ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verir.

Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): -zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; -sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; -sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; -sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.

Hadisə baş verdikdə şəhadətnamədə göstərilən telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkəti və ya sığortaçının razılığı ilə səhaliyyətli orqanlar ona baxış keçirənədək heç bir dəyişiklik etməyin. Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi zamanı; – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin forması sığorta şirkətindən tələb edilməli və doldurularaq dərhal sığorta şirkətinə təqdim edilməlidir. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər.

Aşağıdakı hallar istisna olmaqla sığorta ödənişi almaq üçün Dövlət Yol Polisinin arayışı tələb olunur: Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə; hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda; hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

ölən şəxsin ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar)

fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Fiziki şəxsin təqsirinin dərəcəsi Dövlət Yol Polisi tərəfindən müəyyənləşdirilir. Məsələn, hadisənin törədilməsində tərəflərdən birinin təqsiri 40%-dir. Deməli, həmin şəxsə 3000 manatadək, təqsirinin dərəcəsi 60% olan şəxsə isə 2000 manatadək sığorta ödənişi verilməlidir.

Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verməli və sığorta ödənişi almaq üçün yazılı sığorta tələbi ilə müraciət etməlidir

Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir.

Hadisə baş verdikdə 102 nömrəsinə zəng edib DİN/DYP əməkdaşlarını hadisə yerinə çağırmaq vacibdir. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün təcili yardım 103, FHN 112 və digər lazımi qurumlara xəbər verin. Hadisə baş verdikdə, dərhal zərərvuran nəqliyyat vasitəsinin icbari qaydada sığortalayan sığorta şirkətinə məlumat verilməlidir. Sığorta şəhadətnaməsində Sığortaçının qaynar xətt nömrələri qeyd olunur Sığortaçının qaynar xətt nömrələrini bilmirsinizsə 9707 SMS xidmətindən istifadə edin Zərərvuran nəqliyyat vasitəsinin sahibinin icbari sığortasının olub-olmamasını və hansı sığorta şirkətində sığortalandığı barədə məlumatı əldə etmək üçün 9707 qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını göndərməklə məlumat əldə edə bilərsiniz. Hadisə yerini tərk etməyin Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin. Aşağıdakı hallarda zərər dəymiş əmlakın yerinin dəyişdirilməsi və ya onun hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: – zərərin qarşısının alınması və həcminin azaldılması, hadisəsinin nəticələrinin aradan qaldırılması, zərər dəymiş əmlakın başqa şəxslərin hərəkətinə mane olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun nəzarətsiz halda qalmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı; – sığorta hadisəsi barədə məlumatlandırıldıqdan 5 gün müddətində sığorta şirkətinin nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; – digər hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığorta şirkətinin yazılı razılığı olduqda. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

Ailə həkimi uşaqların və böyüklərin xəstəliklərinin profilaktikası, diaqnozu və müalicəsi ilə məşğul olan həkimdir. Hər bir şəxs səhhətində yaranmış problemlə əlaqədar ilk növbədə ailə həkiminə müraciət etməlidir. Ailə həkimləri müalicə edə, tibbi göstəriş əsasında pasiyenti laborator və instrumental müayinələrə, ehtiyac olduqda isə ixtisas həkiminə göndəriş verə bilərlər.