2024-04-24 20:00:14

Azərbaycanın sığorta bazarı - 8%-ə YAXIN BÖYÜYÜB

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 373 milyon 140 min manat sığorta haqqı toplanılıb. Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR/MART- 2024) FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153 milyon 327 min manat təşkil edib. Bu isə illik müqayisədə 49,9 % çoxdur. Ötən 3 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29,5 manat olub. (Report)

Fed.az