2024-04-03 12:00:11

“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC bu göstərici üzrə - GERİLƏDİ

“Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC 2023-cü il maliyyə göstəricilərini açıqlayıb. “AzRe Təkrarsığorta”nın mənfəəti azalıb - HESABAT FED.az xəbər verir ki, şirkət ötən ili 953 min manat xalis mənfəətlə başa vurub. Bu illik müqayisə ilə 590 min manat və ya 2,6 dəfə çoxdur. Şirkət 2022-ci ili 363 min manat mənfəətlə yekunlaşdırıb. Sığorta və təkrarsığorta brokeri hesabat dövründə 187 min manat mənfəət vergisi ödəyib ki, bu da illik müqayisə ilə 73 min manat və 64% çoxdur. Bu dövrdə şirkətin broker haqqı üzrə göstəriciləri 2 milyon 52 min manat, əməliyyat xərcləri 1 milyon 60 min manat, əməliyyat mənfəəti 1 milyon 144 min manat təşkil edib. Əvvəlki illə müqayisədə broker haqqı üzrə göstəriciləri 369 min manat (22%) artıb, əməliyyat xərcləri 135 min manat (11% azalıb), əməliyyat mənfəəti isə 665 min manat (2,4 dəfə) artıb. “Marş Sığorta və Təkrar Sığorta üzrə Broker” MMC 2023-cü ildə 6 milyon 429 min manat aktivlərə malik olub.- Aktivlər son bir il ərzində 1 milyon 391 min manat 28% artıb. Şirkətin öhdəlikləri 938 min manat və ya 23% artaraq 5 milyon 3 min manata yüksəlib. Balans kapitalı 1 milyon 426 min manat, nizamnamə kapitalı 1 milyon 416 min manat təşkil edib. Hər iki göstərici 453 min manat, başqa sözlə 47% artıb.

Fed.az